Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tarix elmləri doktoru, professor Qafar Cəfər oğlu Cəbiyev Azərbaycanın Orta əsrlər arxeologiyasının yorulmaz tədqiqatçısıdır!
Onun rəhbərliyi ilə Azərbaycanın müxtəlif bölgələrində; Qəbələ, Kürdəmir, Ağsu, Şamaxı, İsmayıllı rayonları ərazisində olan Orta əsrlərə aid yaşayış yerlərində çoxsaylı arxeoloji tədqiqat işləri aparılmış və bu gündə tədqiqat işləri davam etdirilir. Qafar müəllimin rəhbərliyi ilə aparılan arxeoloji tədqiqatların nəticələri elmi jurnallarda, Kütləvi informasiya saytlarında çap edilib.
Qafar müəllim çoxsaylı elmi-publisistik məqalələrin (300- dən çox), 20- dən artıq monoqrafiya və dərsliklərin müəllifidir.
Onun “Arxeologiya və romantika”, “Can Azərbaycan”, “Bura Vətəndir”, “Azərbaycan keramikası”,”Girdiman tarixi”, “Düşüngələr”, “Mənim Azərbaycanım” və s. kitabları oxucuların, aspirant və dissertantların, ali məktəb tələbələrinin stolüstü kitablardır.
Qafar müəllim yalnız Azərbaycanda tanınan nüfuzlu elm adamı deyil! O, Azərbaycandan kənarda- Çin, İspaniya, Ukrayna, Rusiya, Gürcüstan, Orta Asiya, Türkiyə, Şimalı Makidonya və Şimali Kipr və digər ölkə elm xadimləri tərəfindən hörmətlə qarşılanan ziyalıdır. Adları xatırlanan ölkələrin universitetlərinə dəfələrlə elmi konfranslara və simpoziumlara dəvətlər almış və elmi məqalələrlə çıxış etmişdir.
Qafar müəllimin dəfələrlə Türkiyənin müxtəlif elm ocaqlarında elmi konfranslarda iştirakını nəzərə alaraq Səlcuq Univerditetinin rəhbərliyi tərəfindən Türk dünyasının “Elm adamı” adına layiq görülüb. Vətənimiz Azərbaycanda isə “Girdiman tarixi” əsərinə görə “Humay”, Kütləvi informasiya xidmətlərinə görə “Qızıl qələm “, mükafatlarına, Prezident İlham Əliyevin sərəncamına əsasən isə “Əməkdar jurnalist” fəxri adlarına layiq görülmüşdür.
Hal-hazırda Qafar müəllim AMEA Arxeologiya və Antropologiya İnstitutunun “İslam dövrü arxeologiyası” şöbəsinin rəhbəridir.
Bu ilin yanvar ayında Şimali Makidonyada və aprel ayında Şimali Kipr Respublikasında keçirilən və müxtəlif dövlətlərin qatıldığı elmi konfrans və simpozium məhs tarix elmləri doktoru, professor Qafar Cəbiyevin elmi fəaliyyətinə və 75 illik yubileyinə həsr olunub. Bu münasibətlə Qafar müəllimi təbrik edir və ona can sağlığı diləyi ilə!
Elmira Abbasova,
AMEA arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d