Professor təhsil xərcləri ilə bağlı deputatlara müraciət etdi: “Sizcə…”

Professor Saleh Məmmədov Dövlət Büdcəsindən bu gələn il üçün təhsilə ayrılan xərclərələ bağlı millət vəkillərinə müraciət edib. Tezadlar.az-a göndərilən həmin müraciəti təqdim edirik:
“Hörmətli millət vəkilləri!
Bu məlumatları “Data sayəns” proqramı vasitəsilə süni intelekt təhlilinə təqdim etdim və 2022-ci il üçün maraqlı proqnozlar alındı -22% illik artım.
Proqram bunun üçün bir neçə vacib məsələləri həll etməyi təklif edir:
1. Elm xərclərinin nisbi olaraq ÜDM də pay etibarı ilə İsrail səviyyəsinə çatdırmaq, ÜDM-un 5%-i. Azərbaycanda elmin inkişaf göstəriciləri Sovet Azərbaycanının 1985-ci ili səviyyəsindən iki dəfə aşağıdır.
2. Əsaslı vəsait qoyuluşu ÜDM -nin 51% çatdırılması, – indi 17%-dir və 2014-cü ildən etibarən azalmaqda davam edir. İnvestisiyaları artırmadan heç bir ölkə artım əldə edə bilməyibdir.
3. Kredit qoyuluşlarını ÜDM-nin 80-100% səviyyəsinə çatdırmaq. Azərbaycan Prezidenti Azərbaycana 100 milyard dollarlıq kredit resursları təqdim edib, amma istifadəsi cəmi 10%-dir. Finansallaşma səviyyəsinə görə Azərbaycanın indiki səviyyəsi ABŞ və Avropa ölkələrinin 1860-cı ildə olduğu səviyyədədir. Bütün İEÖ-lərdə kredit-ÜDM nisbəti 200-400% səviyyəsindədir. Azərbaycanda-18%. Bunlar hamısı cədvəllərdə əks olunur.
Xahiş edirəm inkişaf proqnozlarını müzakirə edərkən bu faktları və həmçinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının Azərbaycanda inkişaf etmiş ölkə quruculuğu planlarını nəzərə alasanız.
(Cədvəllərin mənbəələri: Saleh Məmmədov “Rəqəmsal keçid və elmi-texnoloji inkişafın sürətləndirilməsi zəruriliyi”kitabı, Bakı 2021-ci il.).
Dərin hörmətlə, prof. i.e.d. Saleh Məmmədov”.
Xəbəri paylaş

Xəbər lenti