Əsas məzmuna keç

PROPAN QAZ BALONLARININ OLDUĞU SEXDƏ YANĞIN BAŞ VERİB

Bakı şəhərinin Suraxanı rayonunda sexin ərazisində ümumi sahəsi 50 kvadratmetr olan dəmir konstruksiyadan ibarət tikilinin taxta atmaları, bir ədəd plastikdən ibarət pəncərəsi və həcmi 1 kubmetr olan yanacaq çəninin içərisindəki yanacaq yanıb.

Fövqəladə Hallar Nazirliyindən Tezadlar.az-a bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tikilinin içərisində hər birinin həcmi 50 litr olan 9 ədəd propan qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Bitişik sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…