Əsas məzmuna keç

PUTİN SEÇKİ PROTOKOLLARININ 100%-NİN İŞLƏNMƏSİNİN NƏTİCƏLƏRİNƏ GÖRƏ 87,28% SƏS QAZANIB

Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putin prezident seçkilərində protokolların 100% işlənməsinin nəticələrinə əsasən 87,28% səs toplayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının rəsmi saytında dərc olunan məlumatda deyilir.

İkinci yerdə 4,31 faiz səs toplayan Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə 3,85 faiz səslə Yeni Xalq Partiyasının namizədi Vladislav Davankov qərarlaşıb. Dördüncü yerdə 3,20% səslə LDPR-nin namizədi Leonid Slutski qərarlaşıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…