Hava hücumundan müdafiə sistemləri Pskov vilayəti üzərində Ukraynaya məxsus PUA-nı məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Mixail Vedernikov məlumat verib.
“Pskov vilayətində Neelovo səmasında düşmənin PUA-sı vurulub. Mən sizi bir daha çağırıram ki, heç bir halda təyyarənin qalıqlarına yaxınlaşmayın, bu, təhlükəli ola bilər”, – Telegram kanalı bildirib.
Vedernikov əlavə edib ki, PUA-nın qəzaya uğradığı yerdə təcili xidmətlər işləyir.
E.ŞİRİNOV







