Əsas məzmuna keç

PUA hücumu səbəbindən Moskva aeroportları fəaliyyətini dayandırdı

Nəhayət, Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, buna səbəb Ukraynanın Moskvaya PUA hücumu olub. Şeremetyevo hava limanının mətbuat xidməti müvəqqəti məhdudiyyətlərin tətbiq olunduğunu açıqlayıb. Uçuş cədvəlində dəyişikliklərin mümkünlüyü barədə xəbərdarlıq olunub. Vnukovo, Domodedovo və Jukovski bütün təyyarələrin gəlişini və uçuşunu dayandırdığını açıqlayıb. Məhdudiyyətlərin “Xalça” planı səbəbindən tətbiq edildiyi bildirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…