Əsas məzmuna keç

Puşkinin abidəsi belə söküldü

Odessa vilayətinin cənubunda yerləşən Bolqrad şəhərində Puşkinin abidəsi sökülüb.

Tezadlar.az xəbər verir ki, bu barədə yerli “Makhala” nəşri məlumat yayıb.

Qeyd olunur ki, büst şəhər muzeyinin həyətinə köçürülüb. Rus şairinin adı yazılmış lövhə əvvəllər olduğu postamentdən götürülüb.

Qeyd olunur ki, abidənin sökülməsi Bolqrad Şəhər Şurasının Qorvodokanalının əməkdaşları tərəfindən həyata keçirilib. Abidənin sonrakı taleyi naməlum olaraq qalır.

Bundan əvvəl Odessa meri şəhərdə yerləşən Puşkinin abidəsinə görə Ukrayna Silahlı Qüvvələrinin (USQ) əsgəri ilə ictimaiyyət qarşısında mübahisə edib. Abidənin niyə sökülmədiyini soruşduqda, şəhər rəhbəri “yazıçını rus mədəniyyətinin simvolu hesab etmir” deyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…