Əsas məzmuna keç

PUTİN DƏRBƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞÜB

İyunun 28-də Rusiya prezidenti Vladimir Putin Dağıstan Respublikasının Dərbənd şəhərinə işgüzar səfərə gəlib. Dövlət başçısı burada turizmin inkişafı ilə bağlı müşavirə keçirib, görməli yerlərə baxıb, şəhər sakinləri ilə görüşüb.

Dərbənd sakinləri Putini gurultulu alqışlarla qarşılayıblar. Minlərlə insan Rusiya prezidenti ilə şəxsən görüşmək üçün Nizami Gəncəvi parkındakı əraziyə toplaşıb.

Gənclər, uşaqlar Vladimir Putinlə şəkil çəkdirməyi xahiş edib və müxtəlif suallar veriblər və ziyarətçilərdən biri ona “yüz il ömür” arzulayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…