Əsas məzmuna keç

PUTİN G20-NİN GENİŞLƏNMƏSİNİN MÜMKÜN VAXTI AÇIQLAYIB

Rusiya Afrika İttifaqına G20-yə qoşulma qərarının sentyabrda Hindistanda keçiriləcək növbəti sammitdə veriləcəyini gözləyir.

Tezadlar.az lenta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Rusiya Afrika İttifaqına G20-yə tamhüquqlu üzvlük təklifinə ilk cavab verənlərdən biri olub. Ümid edirik ki, bu qərar sentyabrda veriləcək”, – Putin bildirib.

O, həmçinin bildirib ki, Moskva Afrika İttifaqına “qitədə müasir təhlükəsizlik strukturunu formalaşdıran aparıcı regional təşkilat” kimi baxır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…