Əsas məzmuna keç

PUTİN: “NATO ÖZ GEOSİYASƏTİNDƏN KƏNARA ÇIXIR”

Xəbər veridiyimiz kimi, bu gün Moskvada KTMT-nin 30 illiyi münasibətilə təşkilata üzv ölkələrin sammiti keçirilir.

RİA-nın məlumatına görə, sammitdəki çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin vurğulayıb ki, NATO öz geosiyasətindən kənara çıxır, digər regionlarda beynəlxalq proseslərə təsir göstərməyə çalışır və bu, Rusiyadan diqqətli olmağı tələb edir.

 Putinin sözlərinə görə, bu sonsuz genişlənmə siyasətinə əlavə olaraq, Şimali Atlantika Alyansı, həm də öz coğrafi təyinatından, Avroatlantik məkanı aşaraq beynəlxalq məsələlərdə getdikcə daha fəal iştirak etməyə, dünyanın digər regionlarında onlara heç də yaxşı şəkildə təsir etməyərək, təhlükəsizlik baxımından beynəlxalq vəziyyətə nəzarət etməyə çalışır.

“Bu, əlbəttə ki, bizdən əlavə diqqət tələb edir”, – deyə o, bildirib.

TEZADLAR.AZ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…