Əsas məzmuna keç

PUTİN ONLARA ÖDƏNİŞLƏRİN VERİLMƏSİNİ SÜRƏTLƏNDİRMƏYİ TAPŞIRIB

Rusiya prezidenti Vladimir Putin Xüsusi Hərbi Əməliyyat (XHƏ) iştirakçılarına müavinət və ödənişlərin verilməsini sürətləndirmək üçün təkliflərin hazırlanmasına göstəriş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat konfransının yekunları üzrə Kremlin saytında dərc olunmuş göstərişlər toplusunda deyilir.

“Xüsusi hərbi əməliyyat iştirakçılarına müavinətlərin, ödənişlərin və sənədləşmələrin verilməsi ilə bağlı hüquqi bazanı və hüquq-mühafizə təcrübəsini təhlil etmək, müvafiq prosedurların sürətləndirilməsi və optimallaşdırılması üçün təkliflər vermək”, – sənəddə deyilir.

Sərəncam Rusiya Federasiyası Hökumətinə ünvanlanıb. Onun icrasına cavabdeh Rusiyanın baş naziri Mixail Mişustin təyin edilib.

Bundan əvvəl prezidentə mətbuat konfransı zamanı XHƏ iştirakçılarına ödəniş sistemini təkmilləşdirməyi xahiş etmişdilər. O cümlədən, bəzi hərbi qulluqçuların aylardır pul almadığı bildirilirdi.

​ E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…