Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya–Ukrayna müharibəsinin bu günədək davam etməsinin əsas səbəbi Rusiya prezidenti Vladimir Putindir. Tezadlar.az xəbər verir ki, o, müharibənin bitməsinin niyə çətin olduğunu izah edərkən birbaşa Putinin roluna diqqət çəkib. Mark Rutte “Bild” nəşrinə müsahibəsində deyib ki, Rusiya lideri əhəmiyyətli hərbi qələbə əldə etmədən öz xalqından bir milyondan artıq insanı qurban verməyə hazırdır.
Onun sözlərinə görə, Rusiya bu il yalnız minimal irəliləyiş əldə edib və ərazi qazancları Ukrayna ərazisinin bir faizindən də azdır. NATO-nun qiymətləndirmələrinə əsasən, müharibə nəticəsində Rusiya tərəfdən 1,1 milyona yaxın insan həlak olub və ya yaralanıb. NATO-nun baş katibi ABŞ prezidenti Donald Trampın da müharibənin dayandırılmasına ciddi şəkildə sadiq olduğunu vurğulayıb.
O qeyd edib ki, yanvar ayında hakimiyyətə gələn Tramp Putini danışıqlar masasına əyləşdirə bilən və onu sülhə məcbur edə biləcək yeganə şəxsdir. Rutte, həmçinin bildirib ki, Putin anlamalıdır: “Ukraynaya qarşı növbəti hücum onun üçün ağır və dağıdıcı nəticələr doğuracaq”. Onun sözlərinə görə, Ukraynaya verilən təhlükəsizlik zəmanətlərinin əsas məqsədi gələcəkdə bu ölkəyə hər hansı hücumun qarşısını almaqdır. Bundan başqa, Mark Rutte vəziyyətin daha da gərginləşəcəyi təqdirdə Avropada gənclərin silahlanmağa hazır olacağını qeyd edib. O bildirib ki, Putinin 140 milyonluq əhalisinə qarşı NATO ölkələrinin birlikdə təxminən bir milyardlıq əhalisi var və alyans hazırda Rusiyadan hərtərəfli daha güclüdür.