1 Dekabr 2025 / 12:31

Putin Çindən gələn turistlər üçün vizaları ləğv etdi

Çin vətəndaşlarına turizm və ya işgüzar məqsədlərlə ölkəyə 30 günə qədər səyahət edənlər Rusiyaya vizasız giriş hüququ verilib.

Tezadlar.az xəbər verir ki, bu, Rusiya prezidenti Vladimir Putinin verdiyi fərmandan irəli gəlir.

Sənədə əsasən, Çin vətəndaşları 14 sentyabr 2026-cı il tarixinə qədər Rusiyaya 30 günə qədər vizasız daxil ola və orada qala biləcəklər. Bu imtiyaz qarşılıqlı əsasda verilir və qonaq və ya işgüzar məqsədlərlə səfərlərə, turist səfərlərinə, elmi, mədəni, ictimai-siyasi, iqtisadi və idman tədbirlərində iştiraka, eləcə də ölkə ərazisindən tranzitə tətbiq olunur. Vizasız giriş və çıxış üçün etibarlı Çin pasportu tələb olunur.

Lakin bu qərar Rusiya Federasiyasına iş, təhsil və ya yaşayış üçün, yaxud beynəlxalq avtomobil nəqliyyatı ilə sürücü, heyət üzvü, yük ekspeditoru və ya bu cür nəqliyyat vasitələrini müşayiət edən tərcüməçi kimi daxil olan Çin vətəndaşlarına şamil edilmir.

Fərman qüvvəyə minib.

Çin tərəfi əvvəllər də oxşar bir qərar qəbul etmişdi və bu qərar da 14 sentyabr 2026-cı ilə qədər qüvvədə qalacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!