Əsas məzmuna keç

Putin əcnəbilər üçün elektron viza müddətini iki dəfə artırdı

Rusiya Prezidenti Vladimir Putin əcnəbilər üçün elektron vizanın qüvvədə olma, həmçinin, Rusiyada qalma müddətini iki dəfə artıran qanun imzalayıb.

“Tezadlar.az” xəbər verir ki, bu qərarla əcnəbilər üçün sözügedən müddət müvafiq olaraq 120 və 30 günə çatdırılıb.

Qeyd edək ki, əvvəllər xarici vətəndaşlar üçün elektron viza ilə Rusiyada qalma 16, etibarlılıq müddəti isə 60 gün idi.

Qanun Rusiyaya turizm, biznes, humanitar və qonaq məqsədləri üçün gələn əcnəbilərin sayını artırmağa hədəflənib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…