Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, Rusiya ptezidenti 8 may saat 00:00-dan mayın 10-na qədər cəbhədə atəşkəs elan edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, atəşkəs müddətində “xüsusi hərbi əməliyyat” zonasında Rusiyanın bütün qoşun qruplaşmaları hərbi əməliyyatları tamamilə dayandıracaq. O da bildirilib ki, atəşkəs müddətində Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin yerləşmə məntəqələrinə və Ukrayna ərazisinin dərinliyindəki hərbi-sənaye kompleksi ilə əlaqəli obyektlərə hücumları dayandıracaq. Rusiya MN Ukraynanı elan edilmiş atəşkəsə riayət etməyə çağırıb. Həmçinin, Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrinin “xüsusi hərbi əməliyyat” zonasında atəşkəsin pozulmasına və ya yaşayış məntəqələrinə zərbə endirmək cəhdlərinə adekvat cavab verəcəyi vurğulanıb. Sitat: “Ukrayna Moskvada 9 May-ın 81-ci ildönümünün qeyd edilməsini pozmağa cəhd edərsə, Rusiya Silahlı Qüvvələri Kiyevin mərkəzinə kütləvi hücum edəcək”, – Rusiya MN-in açıqlamasında qeyd olunub. Rusiya Müdafiə Nazirliyi Kiyevin mülki əhalisini və xarici diplomatları cavab zərbəsi ehtimalına qarşı şəhəri dərhal tərk etmələri barədə xəbərdar edib.
Ukrayna rəhbərliyi isə hələki Rusiyanın bu qərarına münasibət açıqlamayıb.