Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın Mavrikidəki səfiri, Azərbaycan əsilli İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Tezadlar.az “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Fərman Rusiyanın rəsmi hüquq-informasiya portalında dərc edilib.
Qeyd edək ki, İradə Zeynalova Rusiyanın tanınmış telejurnalistidir. O, uzun illər Rusiyanın müxtəlif televiziya kanallarında xüsusi müxbir və proqram müəllifi və aparıcısı kimi çalışıb. 2024-cü ilin sentyabrında Rusiyanın Mavrikidəki səfiri təyin olunub.