Putin İsrailin İrana qarşı güc tətbiqini pisləyib, amma ordusu Kiyevi bombalamaqdadır…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra çıxışında media üçün deyib ki, “Türkiyə İran-İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazırdır”. Tezadlar.az TRT1-ə istinadla bildirir ki, Ərdoğan rəsmi Ankaranın hərbi gərginliyi dayandırmaq üçün ciddi diplomatik səylər ortaya qoyduğunu deyib. Sitat: “Problemin həlli diplomatiya və dialoq yolu ilə mümkündür. İrana hücum təkcə İrana aid olan hadisə deyil”.

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da telefon danışığı zamanı İsrailin İrana qarşı güc tətbiqini pisləyib və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Hərbi əməliyyatlar isə, belə görünür, pik həddə çatıb.

Maraqlı olan bir də budur ki, Putin İsrailin İrana qarşı güc tətbiqini pisləyib və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb, amma özü Ukraynaya hücumu davam etdirir…

A.Məmmədli

Xəbəri paylaş

20 İyul