Putin İsraillə danışıqların təfərrüatlarını açıqlayıb

Rusiya dəfələrlə İsrail tərəfini İranın öz nüvə silahını əldə etmək planlarının olmaması barədə məlumatlandırıb.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) kuluarlarında “Sky News Arabia” telekanalına müsahibəsində deyib.

“Rusiya İranın öz nüvə silahını yaratmaq niyyətinə dair sübutların olmaması barədə dəfələrlə İsraili məlumatlandırıb. Əgər İsrail tərəfinin bununla bağlı hər hansı narahatlığı varsa, o zaman onları həll etmək lazımdır”, – dövlət başçısı qeyd edib.

E.ŞİRİNOV

Xəbəri paylaş

20 İyul