Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya prezidenti Vladimir Putin Qazaxıstan və Özbəkistandan olan həmkarları Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevə zəng edib. Liderlər Ukraynadakı münaqişənin sülh yolu ilə həlli prosesini müzakirə ediblər.
Tezadlar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya prezidenti Ukrayna böhranının Rusiya-Qazaxıstan müttəfiqlik və strateji tərəfdaşlıq münasibətləri ruhunda nizamlanması üzrə Vaşinqtonla dialoqun gedişi barədə danışmaq üçün Tokayevə zəng edib”, – nəşr yazır.
Qeyd olunur ki, söhbət zamanı Özbəkistan prezidenti Ukraynadakı münaqişənin sülh yolu ilə həlli prosesini dəstəklədiyini bildirib.
Bundan əvvəl Putin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşün mümkünlüyü ilə bağlı sualı cavablandırıb. O, qeyd edib ki, Rusiya tərəfi buna qarşı deyil, lakin bunun üçün “müəyyən şərait yaradılmalıdır ki, hazırda mövcud deyil”.
E.ŞİRİNOV