Beləliklə, Pasxa münasibətilə elan edilən atəşkəsin başa çatmasının ardından Ukrayna cəbhəsində döyüşlər yenidən başlayıb. Tezadlar.az CNN- ə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən bildirib. Putin qeyd edib ki, Rusiya tərəfi sülh təşəbbüslərinə hər zaman müsbət yanaşır: “Biz atəşkəslə bağlı hər zaman pozitivik, ona görə də bu təşəbbüslə çıxış etdik. Pasxa bütün xristianlar üçün bayramdır. Biz həmişə demişik ki, istənilən sülh təşəbbüslərinə müsbət yanaşırıq. Ümid edirik ki, Kiyev rejiminin nümayəndələri də müsbət yanaşırlar”, – deyə Rusiya lideri vurğulayıb. O, həmçinin mülki infrastruktura hücumların dayandırılması ilə bağlı təşəbbüsə də münasibət bildirib. Prezidentin sözlərinə görə, Rusiya aprelin 19-u axşam saatlarından aprelin 21-dək qüvvədə olan atəşkəsin nəticələrini analiz etməlidir.
Vladimir Putin aprelin 19-da Ukraynada iki günlük Pasxa atəşkəsi rejiminin qüvvəyə mindiyini elan etmişdi. Amma təəssüflər olsun, Trampın və Ərdoğanın da etdiyi sülh çağırışı bəhrəsini vermir.
A.Məmmədli