ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin müharibəni bitirmək istədiyini bildirib. Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bu barədə Donald Tramp jurnalistlərə “Putin nə istəyir?” sualına cavabında qeyd edib. O bildirib ki, bununla bağlı Putinlə geniş müzakirə aparılıb: “Düşünürəm ki, o, müharibəni dayandırmaq istəyir. Mən bunu görürəm. Biz onunla geniş müzakirə apardıq. Steve Whitkoff [ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi] təxminən üç saat onunla danışıb. Düşünürəm ki, o, döyüşü dayandırmaq istəyir”, – deyə Tramp bildirib. O bildirib ki, Rusiyanın güclü ordusu və hərbi gücü var: “Onların güclü ordusu və hərbi gücü var. Bunu başa düşürsüz?. Hitlerə qalib gəldilər və Napoleonu məğlub etdilər. Bildiyiniz kimi, onlar uzun müddət mübarizə aparırlar. Ancaq düşünürəm ki, o, mübarizəni dayandırmaq istəyir”, – deyə Tramp bildirib. Putinin hansı ərazi ambisiyaları var sualına Tramp cavabında deyib: “Putinə sualım bu idi. Çünki davam etsə, hamı üçün böyük problemdir. Düşünürəm ki, o, müharibəni tez bitirmək istəyir. Həmçinin, Ukrayna prezidenti Vladimir Zelenski də müharibənin bitməsini istəyir.
Bəli, müharibəyə son qoyulmalıdır. Bu isə təkcə Rusiyadan və Ukraynadan deyil, həm də dünya liderlərindən asılıdır.
A.Məmmədli