7 Avqust 2025 / 16:35

Putin onun Trampla görüşündə hər iki tərəfin maraqlı olduğunu bildirib

Rusiya prezidenti Vladimir Putin həm özünün, həm də ABŞ-ın onun Amerika lideri Donald Trampla görüşündə maraqlı olduğunu bildirib.

“Hər iki tərəfdən maraq ifadə olundu, kimin əvvəl hansı sözü deməsi, artıq əhəmiyyət kəsb etmir”, – Tezadlar.az xəbər verir ki, Rusiya dövlət başçısı jurnalistlərin sammitin təşəbbüskarı ilə bağlı suallarını cavablandırarkən qeyd edib.

Tramp 2025-ci ilin yanvarında inaqurasiyasının ertəsi günü Ağ Evdə fərmanlar imzalayarkən Putinlə görüş keçirmək istəyini bildirib. Bundan sonra ABŞ prezidenti sammiti altı ay ərzində keçirmək niyyətində olduğunu dəfələrlə bəyan edib.

Putinin özü də 2025-ci ilin iyununda Minskə səfəri zamanı Trampla görüşünü “tamamilə mümkün” adlandırmışdı. O, “təmaslara, görüşlərə həmişə açıq olduğunu” da açıqlayıb.

“Mən bilirəm ki, cənab Tramp da görüşlərin mümkünlüyü barədə danışıb. Yaxşı, mən də onun kimi hesab edirəm ki, belə görüşlərə hazırlaşmaq lazımdır. Və bu görüşlərin nəticələrinə əsasən, biz əməkdaşlığın bəzi yeni səviyyələrinə çatmalıyıq”, – Rusiya lideri daha sonra aydınlıq gətirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!