Əsas məzmuna keç

Putin iranlı həmkarı ilə danışıb

Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkiana Amerika lideri Donald Trampla Alyaskada keçirilən sammitin nəticələri barədə məlumat verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Prezidenti Vladimir Putinlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub və bu telefon danışığı zamanı Vladimir Putin Ankoricdə keçirilən Rusiya-Amerika sammitinin əsas nəticələri barədə məlumat verib”, – deyə məlumatda bildirilir.

Rusiya və İran prezidentləri İranın nüvə proqramı ilə bağlı vəziyyəti və Cənubi Qafqazdakı vəziyyəti də müzakirə ediblər. “İranın nüvə proqramı ətrafında vəziyyətə və Cənubi Qafqaz regionundakı hadisələrə də toxunulub”, – Rusiya tərəfinin bəyanatında deyilir.

Rusiya prezidenti ilə söhbətində İran lideri Ukrayna böhranının həllinə yönəlmiş diplomatik səyləri dəstəklədiyini bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…