Əsas məzmuna keç

PUTİN ƏRDOĞANA BAŞSAĞLIĞI VERİB

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bazar günü, noyabrın 13-də İstanbulda baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.

Bu barədə Kremlin saytında bildirilir.

Putin həlak olanların ailələrinə başsağlığı diləməyi xahiş edib, həmçinin yaralılara şəfa diləyib. “Biz terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə türk tərəfdaşları ilə ən yaxın əməkdaşlığa hazır olduğumuzu bir daha təsdiqləyirik”, – deyə vebsaytda bildirilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…