Əsas məzmuna keç

PUTİN ƏRDOĞANLA MÜNTƏZƏM ƏLAQƏ SAXLADIĞINI QEYD ETDİ

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla müntəzəm əlaqə saxladığını qeyd edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya dövlətinin başçısı Astanada Türkiyə prezidenti ilə danışıqlarda deyib.

“Sanitar və siyasi məhdudiyyətlərlə bağlı bütün çətinliklərə baxmayaraq, biz müntəzəm olaraq görüşmək və ünsiyyət qurmaq imkanı tapırıq”, – Putin bildirib.

Onun sözlərinə görə, bu, yaxşı nəticələr verir.

Bundan əlavə, Putin xüsusilə Ərdoğana Türkiyədə qaz qovşağının yaradılması ideyası barədə danışıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…