Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Ankoricdə keçirilən Rusiya-Amerika sammiti ilə bağlı fikirlərini bildirib.
Tezadlar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya prezidenti Vladimir Putin Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı Ankoricdə keçirilən Rusiya-Amerika sammitini dəyərləndirib”, – məlumatda deyilir.
Liderlər Ukrayna ətrafında baş verən son hadisələri müzakirə ediblər. “Rusiya tərəfi İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların aparılmasında Türkiyənin göstərdiyi yardımı məmnunluqla qeyd edib”, – Kreml qeyd edib.
Putin və Ərdoğan ölkələr arasında ticarət və investisiyanın inkişaf etdirilməsi məsələsini də gündəmə gətiriblər.
“Həmçinin, ikitərəfli gündəlikdəki bəzi cari məsələlərə, o cümlədən ticarət və investisiya əlaqələrinin gələcək inkişafına toxunulub. Şəxsi təmasların davam etdirilməsi razılaşdırılıb”, – məlumatda deyilir.
E.ŞİRİNOV