11 Dekabr 2025 / 15:21

Putin sabah Türkmənistanda Ərdoğanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin sabah – 12 dekabrda Türkmənistanın Aşqabad şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Tezadlar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinqdə jurnalistlərə açıqlayıb.

O, Aşqabadın Beynəlxalq Sülh və Etibar İlinə həsr olunmuş foruma ev sahibliyi edəcəyini xatırladıb.

“Prezidentin bu forum çərçivəsində bir sıra ikitərəfli görüşləri planlaşdırılıb”, – deyə Peskov bildirib.

Jurnalistlərin Putinin Türkiyə lideri ilə görüş planlaşdırıb-planlaşdırmadığı barədə sualına o, “planlaşdırılıb” cavabını verib.

Əvvəllər Putinin Ərdoğanla 24 noyabrda telefon danışığı apardığı bildirilirdi. Liderlər Ukrayna münaqişəsini və diplomatik həll üçün Amerikanın təkliflərini müzakirə ediblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!