“Rusiya rəhbərliyi sülh danışıqlarına ciddi yanaşmır”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bunu Tiranada jurnalistlərə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib. O, deyib: “Düşünürəm ki, hər kəs liderlərin görüşünə hazır idi. Həm prezident Zelenski həm də prezident Tramp orada liderlər səviyyəsində görüş ola biləcəyini deyirdi. Amma güman edildiyi kimi, Putin həqiqətən də gəlməyə cəsarət etmir. Ona görə də düşünürəm ki, bu, onların real sülh danışıqlarına ciddi yanaşmadığını göstərir. Bu hamı üçün aydındır”.
Ukrayna mediası isə ötən gecə Rusiyanın atəşkəsi ciddi şəkildə pozduğunu yazır. Belə ki, Ukraynanın bir F-16 qırıcısı vurulub, lakin pilot sağ qalıb.
A.Məmmədli