Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Təhdidlərin xarakteri və miqyası müdafiə nazirlikləri arasında əməkdaşlığa artan tələblər qoyur.
Bu barədə Rusiya Federasiyasının prezidenti Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin müdafiə nazirliklərinin rəhbərlərinə müraciətində bildirib.
Vladimir Putin deyib ki, biz cari çağırışlara adekvat olan daha çevik və dayanıqlı təhlükəsizlik və tərəfdaşlıq sistemi formalaşdırmaq üçün birlikdə işləməliyik.
Onun fikrincə, belə bir sistem heç kimin görmədiyi hansısa mifik yazılmamış qaydalara, kiminsə ağalığı və monopoliyasına deyil, yalnız beynəlxalq hüquqa və bir-birinin maraqlarına hörmətə əsaslana bilər.
E.ŞİRİNOV