Əsas məzmuna keç

Putin Trampla telefon danışığı aparıb

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.

Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

“9 mart axşamı Rusiya və ABŞ prezidentləri telefon danışığı aparıblar”, – Uşakov deyib.

Bu, Putin və Tramp arasında iki aydan çox müddətdə ilk söhbətdir və həmçinin ABŞ və İsrailin İrana hücumlarından bəri onlar arasında ilk məlum əlaqədir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…