Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündən sonra keçirilən mətbuat konfransı keçirib. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, bu barədə məlumatı Ağ Evin Mətbuat Xidməti yayıb. Tramp öz növbəsində Rusiyanın Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazır olduğunu bildirib.
“Rusiya Ukraynanın çiçəklənməsini istəyir. O, Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazırdır”, – Tramp deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Zaparojye Atom Elektrik Stansiyası (AES) məsələsinə toxunub. Tramp qeyd edib ki, Rusiya AES-in Ukrayna üçün də əlçatan olmasını görmək istəyir.
“Putin mənə dedi ki, Zelenski ilə birgə görüşün baş tutmasını istərdi. Yeri gələndə belə bir görüş olacaq”, – Tramp əlavə edib. O, həmçinin bildirib ki, hər şey yaxşı olarsa, razılaşmanın qalan kiçik hissəsinin həlli bir neçə həftə çəkəcək.
Belə çıxır ki, Putin hansısa hissə qapılma ucbatından Ukraynanı dağıtdı, indi vəziyyəti başa düşərək yenidən dağıtdıqlarını düzəldəcək? Bəs elə Rusiyada bu qədər ölənlərin ailələrinə nə cavab veriləcək?
A.Məmmədli