Əsas məzmuna keç

PUTIN Və BAYDEN DAğLıQ QARABAğDAKı VəZIYYəTə XüSUSI DIQQəT AYıRACAQ?

 

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden Cenevrədə Yaxın Şərq, Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər.

“Təzadlar” Ria Novosti-yə istinadla bildiri ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, Rusiya və ABŞ liderləri eyni zamanda, strateji sabitlik, COVID-19 və kibercinayətkarlıqla mübarizə məsələləri barəsində fikir mübadiləsi aparacaqlar. Y. Uşakov qeyd edib ki, V. Putin və C. Bayden Dağlıq Qarabağ, Ukrayna daxilindəki münaqişə və Belarusdakı vəziyyətə xüsusi diqqət ayırmağı planlaşdırırlar. Qeyd edək ki, Rusiya-ABŞ sammiti sabah Cenevrədə keçiriləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın