Putin və Ərdoğan bu gün telefon danışığı aparacaqlar

Rusiya və Türkiyə prezidentləri arasında qarşıdan gələn əlaqəni Rusiya liderinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

“Bəli. Təsdiq edə bilərik. Belə bir söhbət planlaşdırılır”, – deyə Peskov Türkiyə prezidentinin açıqladığı tarixi təsdiqləmək istədikdə bildirib.

Tezadlar.az-ın məlumatına görə, daha əvvəl Cənubi Afrikada keçirilən mətbuat konfransında Ərdoğan jurnalistlərin sualına cavab olaraq bildirib ki, 24 noyabrda Rusiya prezidenti ilə planlaşdırılan telefon danışığı zamanı taxıl dəhlizi müqavilələrinin bərpası məsələsini qaldırmaq niyyətindədir. O, bu təşəbbüsün “həqiqətən sülhə gedən yolu açmağa yönəldiyini” qeyd edib və taxıl dəhlizinin həm Avropaya, həm də Afrikaya çatmasını istədiyini əlavə edib. Türkiyə lideri həmçinin əlavə edib ki, Putinlə söhbəti zamanı “insan itkisinin qarşısını almaq üçün hansı addımların atıla biləcəyini onunla müzakirə etmək niyyətindədir”.

Ərdoğan bildirib ki, bu danışıqlardan sonra onların nəticələrini həm avropalılarla, həm də ABŞ prezidenti Donald Trampla müzakirə etməyə ümid edir.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti

  • Bu gün heç bir post paylaşılmayıb.