Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Prezidenti Vladimir Putin ilə Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen In arasında telefon danışığı baş tutub.
Tezadlar.az bildirir ki, bu barədə Kremlin “Telegram” kanalında məlumat yer alıb.
Tərəflər 19 iyun 2024-cü ildə Pxenyanda imzalanmış Rusiya ilə KXDR arasında genişmiqyaslı strateji tərəfdaşlıq haqqında Müqavilə çərçivəsində dostluq, qonşuluq və əməkdaşlığın inkişaf etdirilməsinə sadiqliklərini təsdiqləyiblər.
Putin, həmçinin Kursk vilayətinin azad olunmasında KXDR-nin göstərdiyi dəstək və əsgərlərin qəhrəmanlığına yüksək qiymət verib.
Telefon danışığı zamanı Rusiya Prezidenti ABŞ Prezidenti Donald Trampla keçiriləcək danışıqlar barədə də məlumat verib.
Danışıqların sonunda hər iki lider gələcək şəxsi əlaqələrin davam etdirilməsinə dair razılığa gəlib.