Rusiyada qiymətlərin kəskin artmasının qarşısını almaq məqsədilə yanacaq idxalı və subsidiyaların ayrılması variantları nəzərdən keçirilir. Ukraynanın neft emalı infrastrukturuna endirdiyi uğurlu zərbələr nəticəsində ölkənin bir çox regionunda yanacaq satışına məhdudiyyətlərin tətbiq olunduğu, neft məhsullarının bahalaşdığı və yanacaqdoldurma məntəqələrində uzun növbələrin yarandığı bildirilir.
“Reuters” agentliyinin məlumatına görə, ötən həftə Rusiyada benzin istehsalı 2025-ci ilin iyun ayının orta sutkalıq göstəricisi ilə müqayisədə təxminən 25% azalıb. Eyni zamanda, iyunun ilk yarısında Rusiya neft məhsullarının dəniz yolu ilə ixracında da 15%-lik geriləmə qeydə alınıb.
Artıq bu gün Lavrov olduqca gülməli bəyanatla çıxış edərək, dərhal atəşkəsin elan olunmasını tələb edib. Beləliklə, Ukrayna uğurlu hərbi zərbələr vasitəsilə öz məqsadinə müvəffəq olmağa yaxındır: Kreml döyüş əməliyyatlarını dayandırmağa vadar edilir. Lavrov problemin kökünü də yəqin dərk edir: atəşkəsi tələb etməkdənsə Putinin özünün başlatdığı müharibəyə son qoyması kifayətdir.
Əsas sual: nə vaxtadək Putin və Rusiya hərbi cinayətlərini davam etdirəcəklər? Putin hələ də məğlubiyyətlə barışmaq istəmir, Ukraynanı məğlub edəcəyi xəyalı ilə yaşayır, gerçəkliyi inkar edir və öz ölkəsini total yalan içində batırır…
Eynulla Fətullayev