Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 May 2025 / 16:51

Putinin davranışı həm də Türkiyəyə sayğısızlıq deyilmi?

“İstanbul danışıqlarından heç bir irəliləyiş və real nəticələr gözləmək lazım deyil…”. Tezadlar.az xatırladır ki, Ukraynalı politoloq Maksim Yali bu qənaətdədir. Sitat: “De-fakto bunu artıq dünən ABŞ Prezidenti Donald Tramp da təsdiqləyib. O bildirdi ki, onun Rusiya lideri Vladimir Putin ilə şəxsi görüşünə qədər hətta atəşkəs məsələsi də həll olunmayacaq. Ümumiyyətlə heç nə həll olunmayacaq. Bu, Mayk Rubionun danışıqlarda iştirak etməyəcəyi ilə də təsdiqlənir. Səbəb kimi Rusiya tərəfinin aşağı səviyyədə təmsil olunması göstərilib. Bu, əvvəlcədən heç bir irəliləyiş gözləməmək barədə bir siqnaldır. Bir daha təkrar edirəm, hətta 30 günlük atəşkəs olsa belə, heç bir irəliləyiş və real nəticələr gözləmək lazım deyil”.

Bəs Zelenskini İstanbulda görüşə dəvət edən, “Ərdoğanla danışmışacağam və xahiş edəcəyəm ki, müzakirələrimizə lazımi şərait yaratsın”, -deyən Putin niyə belə addım atır? Axı bu cür davranış Türkiyəyə də sayğısızlıq deməkdir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!