31 Yanvar 2026 / 11:13

Putinin elçisi danışıqlar üçün ABŞ-a uçur – “Reuters”

Qarşıdan gələn danışıqların təfərrüatları və müzakirə olunacaq mövzuların siyahısı hələ açıqlanmayıb

Rusiya prezidenti Vladimir Putinin xüsusi elçisi Kirill Dmitriyev bu gün Mayamiyə səfər edəcək. Orada o, ABŞ prezidenti Donald Tramp administrasiyasının üzvləri ilə görüşlər keçirəcək.

Tezadlar.az bildirir ki, “Reuters” agentliyi səfərin hazırlıqları ilə tanış olan iki mənbəyə istinadən xəbər verir.

Dmitriyevin səfəri işgüzar xarakter daşıyır və ABŞ hökumət rəsmiləri ilə bir sıra təmasları əhatə edir. Planlaşdırılan danışıqların təfərrüatları və müzakirə olunacaq mövzuların siyahısı hələ açıqlanmayıb.

Kreml və Ağ Ev rəsmiləri hələlik qarşıdan gələn səfərlə bağlı şərh verməyiblər.

Sülh danışıqları – Dmitriyevin son açıqlamaları

Kirill Dmitriyev Putinin Ukrayna ilə sülh prosesində əsas sözçülərindən biridir. Bu yaxınlarda onunla “Financial Times”-ın müxbiri Kristofer Miller arasında Rusiyanın Ukraynanın Donbasdan çəkilməsi şərtlərinin müzakirəsi ilə bağlı ictimai münaqişə yaranıb.

Dmitriyev yazıb ki, “qoşunların Donbasdan çıxarılması Ukrayna üçün sülh yoludur”. Miller cavab olaraq belə bir yolun yalnız Rusiya qoşunlarının geri çəkilməsi ilə mümkün olduğunu aydınlaşdırdı.

“Rusiyanın Donbasdan və Ukraynadan tamamilə geri çəkilməsi sülhə aparan yoldur. Rusiya qoşunları Ukrayna torpağında qaldığı müddətcə sülh olmayacaq. İşğal sülh deyil”, – Miller cavab verib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!