ABŞ və Ukrayna nümayəndə heyətlərinin müharibə müzakirələri başa çatıb. Rusiya və ABŞ nümayəndələrinin isə 11-12 mart tarixlərində Ukraynada sülhə dair görüşləri olacaq. Tezadlar.az CNN- ə istinadla bildirir ki, ABŞ Prezidenti Donald Tramp ötən gün Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən belə deyib. Sitat: “Biz tam atəşkəsdən danışırıq. Ukrayna buna razılıq verib və ümid edirəm ki, Rusiya da buna razı olacaq. Biz onlarla daha sonra, bu gün və sabah görüşəcəyik və ümid edirəm ki, razılıq əldə edə biləcəyik. Amma hesab edirəm ki, bu atəşkəs çox vacibdir”.
Müharibə isə davam edir. Ötən gün 400-ə yaxın Ukrayna dronları Rusiya ərazilərinə, eləcə də Moskvaya kütləvi hucum edib. Bu o dərəcədə olub ki, onlarla təyyarə reysləri uçuşları dayandırıb, yaxud başqa istiqamətlərə yönləndirilib.
A.Məmmədli