19 Sentyabr 2024 / 13:16

QƏDDARLIQ: ANA EV TAPŞIRIQLARINI YERİNƏ YETİRMƏYƏN UŞAĞINI BIÇAQLAYIB

Şimali Qazaxıstan vilayətində ev tapşırığını yerinə yetirməmək və iş dəftərini düzgün aparmamaq üstündə yaranan mübahisə nəticəsində qızın anası 11 yaşlı övladını ombasından bıçaqlayıb.

 TEZADLAR.AZ Qazaxıstan KİV-nə istinadən xəbər veriri ki, bunu sosial şəbəkə hesabında ölkənin uşaq ombudsmanı Dinara Zəkiyeva  uşağa qarşı açıq-aşkar qəddarlıq törədilməsi faktına münasibət bildirərkən açıqlayıb. 

Hazırda zərərçəkmişə tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir və həkim nəzarətindədir.

 “İstintaq çərçivəsində törədilmiş cinayətin halları aydınlaşdırılır, istintaq-əməliyyat tədbirləri davam etdirilir. Komissiya yaradılıb, hansı ki, hadisə yerinə gedib və ailəyə baş çəkib. Zərərçəkmiş qızın valideynləri altı uşaq böyüdür və nənə – baba ilə yaşayır. Bu iş mənim şəxsi nəzarətimdədir”, – deyə ombudsman qeyd edib.

 

 

JASMİN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!