Əsas məzmuna keç

QƏRB USQ-NİN RUSİYAYA HÜCUM İCAZƏSİNƏ SƏRT CAVAB VERƏCƏK

Qərb Ukraynaya Rusiya ərazisinə hücum etməyə icazə verərsə, Moskva sərt cavab verəcək, – alman professor Gerhard Mangott deyir.

Tezadlar.az xəbər verir ki, bu barədə “Focus” yazır.

Onun sözlərinə görə, Qərb ölkələrinin belə bir addımı daha da gərginləşəcək və vəziyyəti idarəolunmaz edəcək. O bildirib ki, Rusiyanın cavabı taktiki nüvə silahlarının Ukrayna sərhədinə ötürülməsi ola bilər.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bəyan etmişdi ki, Qərb silahlarının Rusiya ərazisinə zərbə endirməsinə qadağa qoyulmamalıdır. Ukrayna Silahlı Qüvvələrinə Kiyevə təhvil verilən uzaqmənzilli silahlardan istifadə etməklə Rusiya ərazisinə zərbələr endirməyə icazə verilməsi ilə bağlı çağırışlar edilib.

Ekspertlər Rusiyanın cavabının güclü və gözlənilməz olacağı barədə xəbərdarlıq ediblər.

Eyni zamanda, Ukrayna raket, artilleriya və Qərb istehsalı olan dronlarla Belqorod vilayətində, Krımda və Rusiyanın digər sərhəd rayonlarında mütəmadi olaraq məskunlaşan ərazilərə hücum edir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…