Əsas məzmuna keç

QƏZZA ZOLAĞI TAMAMİLƏ RABİTƏSİZ QALDI

Qəzza zolağında bütün növ kommunikasiyalar İsrailin bombardmanlarından sonra infrastrukturun zədələnməsi səbəbindən fəaliyyətini dayandırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Fələstinin “Paltel” telekommunikasiya şirkəti məlumat yayıb.

Təşkilatın sosial şəbəkəsində yaydığı bəyanatda deyilir: “Sizə təəssüflə bildiririk ki, davam edən təcavüzə görə Qəzza zolağında bütün telekommunikasiya xidmətləri kəsilib”.

Operatorun sözlərinə görə, stasionar, mobil rabitə və internetə çıxış tamamilə bağlanıb. Bu arada, Qəzza zolağında “Əl-Şifa” xəstəxana kompleksi qismən fəaliyyətini bərpa edib, – Telegram kanalı “Radiotochka NSN” yazır.

​ E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…