Əsas məzmuna keç

QƏZZA ZOLAĞINDAN İSRAİLƏ RAKETLƏR YAĞDIRILIB

İsrail polisi ilə Qüdsdəki Əl-Əqsa məscidində fələstinlilərlə yaşanan qarşıdurmadan sonra Qəzza zolağından İsrail istiqamətində raketlər atılıb.

İsrail ordusunun mətbuat xidmətinin açıqlamasında qeyd edilir ki, Qəzza zolağının ətrafında, Sderot şəhərində hücumla bağlı sirena səsləri eşidilib.

Qeyd olunub ki, Qəzza zolağından Sderot şəhəri istiqamətində 9 raket atılıb, onlardan 4-ü hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. 

 İsrail mediası raketlərdən birinin  Sderot şəhərində sənaye bölgəsinə düşdüyünü və dağıntılara səbəb olduğunu açıqlayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…