Dünya
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden bildirib ki, Qəzzada bazar ertəsi gününədək atəşkəs əldə oluna bilər.
Co Bayden Nyu Yorka səfəri zamanı gündəmdəki aktual məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Qəzzada atəşkəsin nə vaxt əldə oluna biləcəyi ilə bağlı sualı cavablandıran Co Bayden deyib: “Ümid edirəm ki, bu həftənin sonuna qədər. Milli təhlükəsizlik məsələləri üzrə müşavirim çox yaxın zamanda əldə oluna biləcəyini dedi. Ümid edirəm ki, atəşkəs bazar ertəsinə qədər əldə olunacaq”.