18 Aprel 2025 / 19:55

Qadın mənzilini sataraq bütün pulları fırıldaqçıların hesabına köçürüb

Fırıldaqçılar Sankt-Peterburqdan olan 71 yaşlı təqaüdçünü mənzilini satmağa və on milyonlarla rublu onlara köçürməyə razı salıblar.

Tezadlar.az bildirir ki, bu barədə lenta.ru-ya Rusiya Daxili İşlər Nazirliyinin regional baş idarəsi məlumat verib.

Qadın aprelin 17-də axşam saatlarında polisə müraciət edib. O bildirib ki, fevralın 4-dən aprelin 17-nə kimi onun telefonuna naməlum şəxslər zəng ediblər. Zəng edənlər təqaüdçünü məlumatlarının təhlükə altında olduğuna və bütün əmanətlərinin “təhlükəsiz” hesablara köçürülməsinə ehtiyac olduğuna inandırıblar. Zərərçəkmiş onlara inanaraq mənzili sataraq fırıldaqçılara 22 milyon rubla yaxın pul köçürüb.

Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb. Hadisəni törədənlər axtarılır.

TAİSA

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!