Qadınlarımızın 8 mart günü- TƏBRİKLƏR

Oxunma sayı: 78

Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Azərbaycan qadınlarının isə günü hər zaman xatırlanmalı və qeyd edilməlidir! Çünki onlar Vətənə öğul doğur, ləyaqətli qızlar doğur, Azərbaycanın yeni nəsil istehsalçısıdır, müəllimimizdir, anamızdır!

***

Tarixə nəzər salsaq, Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında 8 mart günü təsis olunub. Dünyanın bir çox ölkəsində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib. Azərbaycanda isə bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb. 1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildən ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

Nəhayətş 8 Mart-Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günüdür.

Qısası, Azərbaycan qadınlarının bu gününü təbrik edirik!

***

Dünən redaksiyamızın xanımlarının bu gününü təbrik etdik, onları həmişə xoşbəxt, gülərüz görmək arzumuzu ifadə etdik!

ELBAR

Xəbəri paylaş

25 Aprel