6 Noyabr 2025 / 11:35

Qadınların daha çox müraciət etdiyi gözəllik salonlarından, kosmetoloji mərkəzlərdən də ƏDV alınacaq

Bundan sonra  gözəllik salonları və kosmetoloji mərkəzlər, bərbərxanalar tərəfindən göstərilən xidmətlərə görə “ƏDV geri al”maq mümkün olacaq.

Tezadlar.az  xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!