Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 Noyabr 2025 / 23:40

“Qalatasaray”ın apellyasiyası rədd edildi – 45 günlük cəza qüvvədə

Türkiyənin Apellyasiya Arbitraj Tribunalı “Qalatasaray” klubunun apellyasiya şikayətini təmin etməyib.

Tezadlar.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası “sarı qırmızılar”ın adı mərc oyunlarında hallanan futbolçusu Eren Elmalıya verilən 45 günlük diskvalifikasiya qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, adı mərc oyunlarında hallanan futbolçular arasında Azərbaycan millisinin futbolçusu Mert Çelik də yer almışdı. “Neftçi” və “Səbail” klublarında çıxış etmiş futbolçu 45 gün futboldan uzaqlaşdırılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!