11 May 2026 / 23:57

Qalibaf: Bütün variantlara hazırıq

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf səhv strategiyaların və qərarların həmişə səhv nəticələrə gətirib çıxardığını bildirərək əlavə edib: “Bütün variantlara hazırıq”.

Tezadlar.az xəbər verir ki, ABŞ ilə danışıqlar prosesinə toxunan Qalibaf sosial media hesabında ölkəsinin silahlı qüvvələrinin hazırlığı barədə məlumat paylaşıb.

“Silahlı qüvvələrimiz istənilən hücuma dərs verməyə hazırdır. Səhv strategiyalar və səhv qərarlar həmişə səhv nəticələrə gətirib çıxaracaq. Dünya bunu başa düşüb. Biz bütün variantlara hazırıq. Onlar təəccüblənəcəklər”, – Qalibaf deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!