Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, əgər İran gəmiləri Hörmüz boğazından keçə bilməsə, başqaları da keçə bilməz.
Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Parlamentin sədri Məhəmməd Bağır Qalibaf Hörmüz boğazındakı hadisələrdən danışıb.
Qalibaf ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadasını davam etdirdiyini xatırladaraq deyib: “Bu gün boğazda nəqliyyat varsa, bu, boğazın bizim nəzarətimiz altında olması ilə bağlıdır”.
ABŞ tərəfindən bu yaxınlarda elan edilən blokadanı “ehtiyatsız” bir qərar kimi xarakterizə edən Qalibaf deyib: “Əgər biz Hörmüz boğazından keçə bilməsək, başqalarının keçməsinə yol yoxdur”.
Qalibaf əlavə edib ki, “Amerika blokadanı qaldırmasa, Hörmüz boğazında nəqliyyat mütləq məhdudlaşdırılacaq”.
Qalibaf Hörmüz boğazı ilə bağlı Pakistanda ABŞ ilə apardığı söhbəti xatırlayaraq deyib: “Mən İslamabadda ABŞ nümayəndə heyətinə dedim ki, ‘Əgər mina yerləşdirən gəmiləriniz olduğu yerdən bir az da irəliləsə, mütləq atəş açacağıq. Onlar geri qayıtmaq əmri vermək üçün 15 dəqiqə vaxt istədilər və bunu da verdilər.”
E.ŞİRİNOV