13 May 2026 / 13:47

Qalibaf: Silahlı Qüvvələrimiz istənilən hücuma cavab verməyə hazırdır

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ölkəsinin bütün mümkün hücumlara hazır olduğunu bildirərək, “Silahlı qüvvələrimiz istənilən hücuma qarşı çəkindirici şəkildə cavab verməyə hazırdır” deyib.

Tezadlar.az xəbər verir ki, İran Parlamentinin sədrinin rəsmi Telegram hesabında İran silahlı qüvvələrinin hazırlığı ilə bağlı paylaşım edilib.

Paylaşımla birlikdə gələn şəkil simvolik olaraq Hörmüz boğazı sahillərində yerləşən İran hava hücumundan müdafiə sistemlərini və raketlərini təsvir edir və başlığı belədir: “Silahlı qüvvələrimiz istənilən hücuma qətiyyətli şəkildə cavab verməyə hazırdır”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!